Xəbərlər
Ekoloji fəaliyyətlərin PR-ı mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 24-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Ekoloji fəaliyyətlərin PR-ı" mövzusunda növbəti təlim keçirilib. 9 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara yaşıl kommunikasiya konsepti, cəmiyyətin ekoloji dəyərlərinə təsir edən kommunikasiya üsulları, ekoloji fəaliyyətlərin kommunikasiya məqsədlərinin müəyyənləşdirilməsi, ekoloji tədbirlər, kampaniyalar və sosial aksiyaların təşkili haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...