Xəbərlər
İlkin maliyyə hesabatlarının hazırlanma forması mövzusunda praktiki təlim keçiriləcək.
Sentyabrın 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İlkin maliyyə hesabatlarının hazırlanma forması" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sərxan Sraclı aşağıdakı mövzulardan danışacaq: - İlkin maliyyə hesabatı nədir və niyə vacibdir? - Gəlir və xərclərin düzgün qruplaşdırılması - Balans hesabatının sadə quruluşu - Nağd pul axını: Kiçik biznes üçün önəmi Təlim sentyabrın 29-da saat 19:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...