Xəbərlər
"İnvestorlarla iş: Angel İnvestorlar və Venture Capital" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 4-də Bakı KOBİM-in təşkilatçılığı ilə "İnvestorlarla iş: Angel İnvestorlar və Venture Capital" mövzusunda növbəti təlim keçirilib. 13 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən investor növlərinin anlayışı, startapın investora hazır olma mərhələləri, Angel və VC-lərin gözləntiləri, pitch hazırlığı və effektiv təqdimat texnikaları haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...