Xəbərlər
Kibertəhlükəsizlik risklərinin azaldılması və ehtiyat planları mövzusunda praktiki təlim keçiriləcək.
Dekabrın 2-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Kibertəhlükəsizlik risklərinin azaldılması və ehtiyat planları” mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sahib Rəhimov aşağıdakı mövzulardan danışacaq: - Biznes üçün əsas kiber risklərin xəritələndirilməsi; - Risklərin minimuma endirilməsi strategiyaları; - Fövqəladə hallar üçün ehtiyat planının qurulması; - Hücum sonrası bərpa və davamlılıq tədbirləri. Təlim 2 dekabr saat 13:00-da “Bakı KOB evi”ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...