Xəbərlər
"Kibertəhlükəsizlikdə insan faktoru" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 21-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Kibertəhlükəsizlikdə insan faktoru" mövzusunda növbəti təlim keçirilib. 7 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən kibertəhlükələrə qarşı texnologiyalardan istifadə, işçilərin yol verdiyi təhlükəsizlik səhvləri və fəsadları, fişinq, sosial mühəndislik və daxili risklərlə mübarizə üsulları, rəqəmsal savadlılığın artırılması və təhlükəsiz korporativ yanaşmalar haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...