Xəbərlər
“KOB-lar süni intellektlə hansı resurslara qənaət edə bilər?” mövzusunda praktiki təlim keçiriləcək.
İyulun 22-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “KOB-lar süni intellektlə hansı resurslara qənaət edə bilər?” mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sahib Rəhimov aşağıdakı mövzulardan danışacaq: · Süni intellektin KOB-larda vaxt, əmək və maliyyə resurslarına təsiri; · Əməliyyatların avtomatlaşdırılması və xərclərin azaldılması üsulları; · Müştəri xidmətləri, satış və logistika sahələrində AI tətbiqləri; · Resursların daha səmərəli idarə olunması üçün süni intellekt əsaslı həllər. Təlim iyulun 22-si, saat 15:00-da "Bakı KOB evi"ndə baş tutacaqdır. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...