Xəbərlər
Komandanın qurulması və idarəedilməsi mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 17-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Komandanın qurulması və idarəedilməsi" mövzusunda növbəti təlim keçirilib. 13 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara komanda anlayışı və əhəmiyyəti, komanda formalaşdırılması mərhələləri, komanda daxili ünsiyyət və əməkdaşlıq, liderlik və motivasiya haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...