Xəbərlər
Korporativ stil və PR materiallarının dizaynı mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 1-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Korporativ stil və PR materiallarının dizaynı" mövzusunda növbəti təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara korporativ vizual identiklik prinsipləri, PR materiallarının dizayn strukturu, auditoriyaya uyğun dizayn tərzi, rəqəmsal və çap materiallarında vizual ardıcıllıq haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...