Xəbərlər
"KPI-ların qurulması və təhlili" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 18-də Bakı KOBİM-in təşkilatçılığı ilə "KPI-ların qurulması və təhlili" mövzusunda növbəti təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən KPI anlayışı və düzgün KPI-ların seçilməsi, KPI-ların qurulma mərhələləri, KPI-ların izlənməsi və analizi, KPI-ların optimizasiyası haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...