Xəbərlər
Layihədə risklər və onlardan sığortalanmaq mövzusunda praktiki təlim keçiriləcək.
Sentyabrın 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihədə risklər və onlardan sığortalanmaq" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Kamil Yaqubov aşağıdakı mövzulardan danışacaq: - Risk nədir və layihə idarəçiliyində rolu - Layihə risklərinin növləri - Risklərin müəyyən edilməsi və təhlili - Risklərin idarə olunması strategiyaları - Risklərin monitorinqi və nəzarət mexanizmləri Təlim sentyabrın 29-da saat 16:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...