Xəbərlər
Müştəri davranışını anlamaq mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 24-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri davranışını anlamaq" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Seymur Rzayev aşağıdakı mövzulardan danışacaq: - B2B və B2C müştəri davranışlarının fərqləri; - Müştəri qərarvermə prosesinin psixologiyası; - Müştəri seqmentasiyası və persona yaradılması; - Müştəri davranışına təsir strategiyaları. Təlim oktyabrın 24-də saat 10:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...