Xəbərlər
"Müştəri etirazlarını satışa çevir!" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 24-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Müştəri etirazlarını satışa çevir!" mövzusunda növbəti təlim keçirilib. 11 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən müştəri etirazlarının yaranma səbəbləri və onların psixoloji əsasları, etirazları düzgün dinləyib analiz etmək, qarşılıqlı etimad yaradaraq etirazı satış fürsətinə çevirmək haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...