Xəbərlər
"Müştəri problemini dəqiq anlamaq" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 4-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Müştəri problemini dəqiq anlamaq" mövzusunda növbəti təlim keçirilib. 9 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən hədəf müştəri seqmentinin müəyyənləşdirilməsi, müştəri problemlərinin aşkarlanması, problem kriteriyalarının seçilməsi və problemin təhlili haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...