Xəbərlər
"Ofisdə və evdən işləyərkən kibertəhlükədən necə qoruna bilər?" mövzusunda praktiki təlim keçiriləcək.
İyulun 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ofisdə və evdən işləyərkən kibertəhlükədən necə qoruna bilər?" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Sahib Rəhimov aşağıdakı mövzulardan danışacaq: · Kibertəhlükələrin əsas növləri və yayılma üsulları; · Şəxsi və iş cihazlarının təhlükəsizliyini təmin etmə yolları; · Uzaqdan işləyən əməkdaşların təhlükəsizlik üzrə təlimləndirilməsi; · Praktiki nümunələr və real hadisələr əsasında müzakirələr. Təlim iyulun 25-də saat 19:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...