Xəbərlər
Onlayn bizneslər üçün hüquqi kibertəhlükəsizlik çərçivəsi mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 2-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Onlayn bizneslər üçün hüquqi kibertəhlükəsizlik çərçivəsi" mövzusunda növbəti təlim keçirilib. 9 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara onlayn satış və xidmətlərdə hüquqi tələblər, məlumatların qorunması və məxfilik standartları, kiberhücumlara qarşı hüquqi cavab mexanizmləri, rəqəmsal əməliyyatların təhlükəsiz idarə olunması istifadəsi haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...