Xəbərlər
"Praktiki satış bacarıqları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 20-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Praktiki satış bacarıqları" mövzusunda növbəti təlim keçirilib. 9 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən satış, dəyər yaratmaq və etibar qazanmaq, fərqli müştəri tipləri və yanaşma üsulları, satışı bağlama texnikaları, satış sonrası xidmət və müştəri loyallığı haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...