Xəbərlər
"Bakı KOB evi"ndə "Biznesin inkişaf etdirilməsi strategiyaları" mövzusunda növbəti təlim keçirilib.

Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 22-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Biznesin inkişaf etdirilməsi strategiyaları" mövzusunda növbəti təlim keçirilib. 7 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən biznesin inkişaf etdirilməsinə yönəlik strategiyanın qurulması, şirkət işçilərinin iş prosesində performansının ölçülməsi və dəyərləndirmə aparılması, qiymətləndirmə xətaları, effektivliyi artırmaq üçün istifadə olunan üsul və texnikalar barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...