Xəbərlər
"Bakı KOB evi"ndə "İdeyadan biznesə: Uğurlu biznes modelinin qurulması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 19-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "İdeyadan biznesə: Uğurlu biznes modelinin qurulması" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən uğurlu biznes ideyalarının tapılması, uyğun biznes modelinin qurulması, onun əhəmiyyəti və əsas mərhələləri, dəyər və gəlir yaratmaqda rolu barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...