Xəbərlər
"Bakı KOB evi"ndə "Müasir dövrdə sahibkarlar üçün yumşaq bacarıqlar" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 22-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Müasir dövrdə sahibkarlar üçün yumşaq bacarıqlar" mövzusunda növbəti təlim keçirilib. 5 nəfər iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti tərəfindən müasir dövrdə sahibkarlar üçün ən vacib yumşaq bacarıqlar, onların inkişaf etdirilmə yolları, biznes prosesində istifadəsi, qərarvermə və problemlərin həll edilməsi bacarıqları barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...