Xəbərlər
"Sahibkarlar üçün sığortanın faydası" mövzusunda növbəti təlim keçirilib.
.jpg)
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Sentyabrın 5-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Sahibkarlar üçün sığortanın faydası" mövzusunda növbəti təlim keçirilib. 11 iştirakçının qatıldığı təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Elçin Əsədzadə tərəfindən sığorta haqqında ilkin məlumatlar, sığorta anlayışları, növləri, sahibkarlıqda sığortanın əhəmiyyəti və tənzimlənmə mexanizmləri barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...

Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...