Xəbərlər
Rənglərin dizaynda önəmi mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 6-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rənglərin dizaynda önəmi" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti İman İmanov aşağıdakı mövzulardan danışacaq: - Rənglərin psixoloji mənaları; - Marka kimliyində rəng seçiminin rolu; - Vizual balans və kontrastın əhəmiyyəti; - Rəng istifadəsində ümumi dizayn qaydaları. Təlim oktyabrın 6-da saat 19:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...