Xəbərlər
"Risk, reputasiya və PR" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 13-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Risk, reputasiya və PR" mövzusunda növbəti təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən risk, reputasiya, rəqəmsal dövrdə etibar kapitalı, PR və risklərin idarəedilməsi arasındakı körpü, böhran kommunikasiyası və anti-krizis PR haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...