Xəbərlər
Risklərin analizi və qiymətləndirilməsi mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 17-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Risklərin analizi və qiymətləndirilməsi" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Kamil Yaqubov aşağıdakı mövzulardan danışacaq: - Risk anlayışı və layihələrdə rolu; - Risklərin müəyyən edilməsi; - Risklərin təsnifləşdirilməsi; - Risklərin qiymətləndirilməsi və dərəcələndirilməsi; Təlim oktyabrın 17-də saat 13:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...