Xəbərlər
“SMM, SEO, SEM və digərləri? Kimi işə qəbul edək?” mövzusunda praktiki təlim keçiriləcək.
İyulun 18-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “SMM, SEO, SEM və digərləri? Kimi işə qəbul edək?” mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in təlimçi-eksperti Elçin Qurbanov aşağıdakı mövzulardan danışacaq: Rəqəmsal marketinqdə ixtisaslaşmış şəxsləri necə fərqləndirməli? SMM, SEO, SEM və digər sahələr üzrə namizədlərdə hansı bilik və bacarıqlar olmalıdır? İşə qəbul zamanı ən çox rast gəlinən yanlışlıqlar nələrdir? Praktik və effektiv seçim meyarları hansılardır? Təlim iyulun 18-i, saat 15:00-da Bakı KOB evində baş tutacaq. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...