Xəbərlər
Startup ekosistemi və maliyyələşdirmə mənbələri mövzusunda növbəti təlim keçirilib
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Bakı KOBİM-in təşkilatçılığı ilə "Startup ekosistemi və maliyyələşdirmə mənbələri" mövzusunda növbəti təlim keçirilib. 12 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara startup ekosisteminin strukturu, inkubator və akselerasiya imkanları, erkən mərhələ investisiya mənbələri, sahibkar üçün düzgün maliyyə strategiyası haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...