Xəbərlər
Strateji maliyyə planlaşdırılması mövzusunda praktiki təlim keçiriləcək.
Dekabrın 1-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Strateji maliyyə planlaşdırılması” mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Məmməd Məmmədov aşağıdakı mövzulardan danışacaq: * Gəlir və xərc axınlarının strateji projeksiyası; * Maliyyə risklərinin qiymətləndirilməsi; * Kapital strukturunun optimallaşdırılması; * Uzunmüddətli maliyyə planının qurulması. Təlim 1 dekabr saat 13:00-da “Bakı KOB evi”ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...