Xəbərlər
"Strateji PR planı ilə biznesini sürətli böyüt!" mövzusunda praktiki təlim keçiriləcək.
İyulun 28-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Strateji PR planı ilə biznesini sürətli böyüt!" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Mehin Vəliyeva aşağıdakı mövzulardan danışacaq: · Effektiv PR strategiyasının əsas prinsipləri; · Hədəf auditoriyaya uyğun planlama və mesajlaşma; · PR kampaniyalarının biznesə təsirinin ölçülməsi; · Real nümunələr və sürətli böyümə üçün praktiki tövsiyələr. Təlim iyulun 28-də saat 15:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...