Xəbərlər
Stressin idarəedilməsi mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 22-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Stressin idarəedilməsi" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Kamil Yaqubov aşağıdakı mövzulardan danışacaq: - Stressin mənbələrinin müəyyən edilməsi; - İş yerində stressin idarə edilməsi; - Münaqişə və təzyiq altında qərarvermə bacarıqları; - Uzunmüddətli stressin qarşısını alma strategiyaları. Təlim oktyabrın 22-də saat 10:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...