Xəbərlər
"Süni intellekt işimizi əlimizdən alacaq?" mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. İyulun 17-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Süni intellekt işimizi əlimizdən alacaq?" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən süni intellektin müxtəlif sahələrdə tətbiqi və onun bizneslərə təsir imkanları, iş mühitindəki rolu, əməkdaşları əvəz etmə və ya dəstəkləmə potensialı barədə ətraflı məlumat verilib. Həmçinin kiçik və orta bizneslər üçün süni intellektin yaratdığı risklər və imkanlar barədə məlumat verilib. Təlim zamanı iştirakçılara gələcəkdə rəqabətə davamlı olmaq üçün hansı bacarıqların və yanaşmaların vacib olduğu barədə tövsiyələr təqdim edilib. Mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...