Xəbərlər
Süni intellektlə rəqəmsal strategiyanın qurulması mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 31-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Süni intellektlə rəqəmsal strategiyanın qurulması" mövzusunda növbəti təlim keçirilib. 11 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara süni intellekt və rəqəmsal transformasiyanın kəsişməsi, rəqəmsal strategiyanın məqsədlərinin müəyyənləşdirilməsi, süni intellekt əsaslı qərarvermə sistemləri, data ekosisteminin qurulması və idarə olunması haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...