Xəbərlər
Təchizat zənciri proseslərinin idarə edilməsində dünya modelləri mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 1-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Təchizat zənciri proseslərinin idarə edilməsində dünya modelləri" mövzusunda növbəti təlim keçirilib. 12 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara təchizat zəncirinin anlayışı və əhəmiyyəti, təchizat zənciri modelləri, müasir modellərin üstünlükləri və çətinlikləri, Azərbaycan bazarı üçün tətbiq imkanları haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...