Xəbərlər
Təchizat zənciri proseslərinin idarə edilməsində dünya modelləri mövzusunda praktiki təlim keçiriləcək.
Oktyabrın 1-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zənciri proseslərinin idarə edilməsində dünya modelləri" mövzusunda praktiki təlim keçiriləcək. Təlim zamanı Bakı KOBİM-in peşəkar eksperti Elçin Poyliyev aşağıdakı mövzulardan danışacaq: - Təchizat zəncirinin anlayışı və əhəmiyyəti - Təchizat zənciri modelləri - Müasir modellərin üstünlükləri və çətinlikləri - Azərbaycan bazarı üçün tətbiq imkanları Təlim oktyabrın 1-də saat 12:00-da "Bakı KOB evi"ndə keçiriləcəkdir. Əlaqə və qeydiyyat üçün: (+994) 55 320 62 21 Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...