Xəbərlər
"Uğurlu biznes plan qurmanın sirləri" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Avqustun 27-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Uğurlu biznes plan qurmanın sirləri" mövzusunda növbəti təlim keçirilib. 10 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən biznes planın mahiyyəti və məqsədi, bznes planın əsas strukturu, effektiv bazar və rəqib araşdırması, maliyyə planlaşdırma sirləri haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...