Xəbərlər
Yaşıl iqtisadiyyata data analitikanın təsiri mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 4-də Bakı KOBİM-in təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyata data analitikanın təsiri" mövzusunda növbəti təlim keçirilib. 13 nəfərin iştirak etdiyi təlimdə Bakı KOBİM-in eksperti tərəfindən iştirakçılara yaşıl biznes, yaşıl texnologiya, yaşıl təfəkkür, yaşıl həyat, KSM və Green İT anlayışları, data analitika proqramları - Excel, SQL, PowerBI, Python, data analitikanın təsir etdiyi sahələr haqqında geniş məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, praktiki nümunələr göstərilib və sualları cavablandırılıb. Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
"Biznes planının hazırlanması" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...
Xəbərlər
"Praktiki satış texnologiyaları" mövzusunda növbəti təlim keçirilib.
Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən maarifləndirici təlimlərin təşkili davam edir. ...